AZ

Bu rayonlarda yanğın oldu

Qəbələ şəhərində yanğın olub.Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, ümumi sahəsi 189 m² olan birmərtəbəli, 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 169 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bundan əlavə, Xaçmaz rayonunun Rəhimoba kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
38
1
metbuat.az

2Mənbələr