19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Moldovada keçirəcəyi təlim-məşq toplanışı üçün yekun heyəti müəyyənləşib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, U-19 millimiz Kişinyov şəhərində baş tutacaq toplanış çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə sentyabrın 16-da və 18-də iki yoxlama görüşündə üz-üzə gələcək. Hər iki qarşılaşma CPSM stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Millinin yekun heyətini nəzərinizə çatdırırıq:
- Nərgiz Ağaliyeva – Şəfa
- Firuzə Bayramova – Dirçəliş
- Vahidə Əlipaşayeva – Vera (Gürcüstan)
- Mədinə Curuqova – Neftçi
- Arzu Cəfərova – Şəfa
- Mədinə Qədiməliyeva – Sumqayıt
- Səma Əsədova – Sabah
- Yelizaveta Vaysman – Şəfa
- Ülviyyə İslamova – Baku Juniors
- Pərişan Abdullayeva – Liman
- Xanım Əsədova – Neftçi
- Aygün Novruzova – Sabah
- Aysu Əsədova – Sabah
- Ayan Abdiyeva – Liman
- Aysel Cumayeva – Liman
- Məsumə Nəzərli – Neftçi
- Ayşən Salamzadə – Neftçi
- Arzu Ağaliyeva – Şəfa
error: Məzmun qorunur!