Bakı. Trend:
Pakistanın şimal-qərbində hərbçilərlə terrorçular arasındameydana gələn silahlı toqquşmada azı 12 pakistanlı əsgər həlakolub.
Trend bu barədəPakistan KİV-ə istinadən xəbər verir.
Ordunun media qanadı bildirib ki, qadağan olunmuş“Təhriki-Taliban Pakistan”a (TTP) məxsus 35 terrorçu sentyabrın10-dan 13-dək aparılan iki ayrı hərbi əməliyyat zamanı məhvedilib.
Birinci əməliyyat Bəcur rayonunda keçirilib və nəticədə, 22silahlı zərərsizləşdirilib, ikinci qarşıdurma isə CənubiVəziristanda baş verib, burada 12 əsgər və 13 silahlı məhvedilib.