ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın şimal-qərbində hərbçilərlə terrorçular arasında meydana gələn silahlı toqquşmada azı 12 pakistanlı əsgər həlak olub.
Bakıvaxtı.az bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.
Ordunun media qanadı bildirib ki, qadağan olunmuş “Təhriki-Taliban Pakistan”a (TTP) məxsus 35 terrorçu sentyabrın 10-dan 13-dək aparılan iki ayrı hərbi əməliyyat zamanı məhv edilib.
Birinci əməliyyat Bəcur rayonunda keçirilib və nəticədə, 22 silahlı zərərsizləşdirilib, ikinci qarşıdurma isə Cənubi Vəziristanda baş verib, burada 12 əsgər və 13 silahlı məhv edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.