AZ

Putinin sirri ortaya çıxdı Şok detallar

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ölkəni üç fərqli, amma tamamilə eyni qurulmuş bunkerdən idarə edir. Bu bunkerlər Rusiyanın müxtəlif bölgələrində yerləşir və dizayn, avadanlıq, hətta otaqdakı karandaşların düzülüşünə qədər bir-birinin surətidir. Pəncərəsiz bu otaqlar Putinin yerini gizli saxlamağa imkan verir.

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata əsasən, Putin mobil telefondan istifadə etmir, internetə nadir hallarda çıxır və videobağlantılar üçün xüsusi izolyasiya olunmuş sistemlərə malik monitorlardan istifadə edir. Onun rabitəsi mühəndislər tərəfindən şifrələnmiş xüsusi texnologiyalarla qorunur.

Prezidentin harada olduğunu gizlətmək üçün bəzən boş kortejlər və təyyarələr göndərilir, o isə əslində başqa bir yerdən videobağlantı ilə çıxış edir. Bu sistem vasitəsilə o, həm ölkəni idarə edir, həm də Ukraynadakı hərbi əməliyyatlara nəzarət edir.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
news.milli.az

3Mənbələr