AZ

"Rəsmi məlumat yoxdur" - Saşa İliç texniki qələbə haqda danışdı

style='margin-bottom:10px;'>

"Meydança çox pis vəziyyətdə idi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi".

QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 4-cü turunda “İmişli” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Texniki qələbə münasibəti ilə rəqibi təbrik etmək olar?

- Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz.

- Paytaxtdan ilk dəfə bölgəyə çıxdınız. Qubadakı ab-hava necə idi? Bu cür təbii örtüklü meydançadansa, Şamaxıdakı süni örtüklü meydançada oynamağa üstünlük verərdiniz?

- Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir.

- Mehdi Cənnətov topa çıxışlarda səhvə yol verir. Bununla bağlı tədbir görəcəksiniz?

- Mehdi çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.

- Növbəti matçı evdə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş "Sumqayıt" üçün prinsipial sayılır. Çünki rəqibin baş məşqçisi "Sumqayıt"dan ora gedib...

- "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur. (sportal.az)

Seçilən
12
4
teleqraf.com

8Mənbələr