AZ

Rusiya Rumıniyaya da təhlükə yaratdı - F-16-lar havalandı

Rumıniyada Feteşti 86-cı Hava Bazasından iki F-16 qırıcısı Ukrayna ilə sərhəddə vəziyyəti izləmək üçün havaya qalxıb.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya telekanalı “Antena 3 CNN” məlumat yayıb.

Məlumata görə, tədbirlər Rusiyanın Dunaydakı Ukrayna infrastrukturuna aviazərbələr endirməsi fonunda həyata keçirilib.

Bildirilib ki, Rumıniya hərbçilərinin hərəkətləri hava məkanının təhlükəsizliyini təmin etmək və pilotsuz uçuş aparatları tərəfindən pozuntuların qarşısını almaq məqsədi daşıyıb.

Seçilən
25
3
axar.az

10Mənbələr