Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyaya aid pilotsuz uçuş aparatını ələ keçirib.Bu barədə yerli "Antena 3 CNN" telekanalı məlumat yayıb.
Bildirilib ki, Feteşti yaxınlığındakı 86-cı aviabazadan çıxan iki “F‑16” qırıcısı sentyabrın 13‑ü, Bakı vaxtı ilə 19:05‑də Ukrayna ilə sərhəd zonasında hava nəzarəti üçün havaya qalxıb və ölkə hava məkanında rusiyalı dron aşkarlanıb.
Dron yaşayış məntəqələri üzərində uçmayıb və əhalinin təhlükəsizliyinə birbaşa təhlükə yaratmayıb.