AZ

ABŞ narkokartellərlə mübarizə aparmaq üçün Puerto Rikoya F 35 qırıcıları göndərib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-yə məxsus beş ədəd "F-35" qırıcısı narkotrafiklə mübarizə üçün Puerto-Riko ərazisinə enib.

Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Qırıcılar adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası olan Ruzvelt Roudsa eniblər.

Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.

Sentyabrın əvvəlində agentlik ABŞ-nin Karib dənizinin cənubundakı narkotik kartellərinə qarşı mübarizə üçün 10 belə təyyarə göndərməyi planlaşdırdığını bildirmişdi.

Xatırladaq ki, sentyabrın 2-də ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonun Venesueladan gəldiyini iddia etdiyi narkotik yüklü gəminin Karib dənizində məhv edilməsindən sonra "narkotacirlərə" qarşı müharibənin başladığını elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
oxu.az

10Mənbələr