AZ

ABŞ "F-35" qırıcılarını Puerto-Rikoya nə üçün göndərib?

ABŞ-yə məxsus beş ədəd "F-35" qırıcısı narkotrafiklə mübarizə üçün Puerto-Riko ərazisinə enib.

"Ölkə.az" bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Qırıcılar adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası olan Ruzvelt Roudsa eniblər.

Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.

Sentyabrın əvvəlində agentlik ABŞ-nin Karib dənizinin cənubundakı narkotik kartellərinə qarşı mübarizə üçün 10 belə təyyarə göndərməyi planlaşdırdığını bildirmişdi.

Xatırladaq ki, sentyabrın 2-də ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonun Venesueladan gəldiyini iddia etdiyi narkotik yüklü gəminin Karib dənizində məhv edilməsindən sonra "narkotacirlərə" qarşı müharibənin başladığını elan etmişdi.

Seçilən
33
6
olke.az

10Mənbələr