Ajans.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin Həmas rəhbərliyinin Dohadakı iqamətgahına endirdiyi zərbəni şərh edərkən deyib.

"Siyasətimiz ədalətli, hərtərəfli və davamlı sülhün strateji seçim olduğuna dair qəti inam üzərində qurulub. Bu baxımdan bəyan edirik ki, İsrailin iyrənc və barbar hərəkətləri bizə Misir Ərəb Respublikası və Amerika Birləşmiş Ştatları ilə birlikdə bu ədalətsiz müharibəyə son qoymaq üçün səmimi səylərimizi davam etdirməyə mane olmayacaq", - Baş nazir bildirib.