AZ

Qətərin Baş naziri: İsrailin addımları Qəzzanın həlli ilə bağlı səylərə mane olmayacaq

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin addımları Qətərə Qəzza zolağında münaqişənin həlli üçün Misir və ABŞ ilə birgə həyata keçirdiyi vasitəçilik səylərini davam etdirməsinə mane olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin HƏMAS rəhbərliyinin Dohadakı iqamətgahına endirdiyi zərbəni şərh edərkən deyib.

"Bizim siyasətimiz ədalətli, hərtərəfli və davamlı sülhün strateji seçim olduğuna dair qəti inama əsaslanır. Bu nöqteyi-nəzərdən bəyan edirik ki, İsrailin hərəkətləri bizə Misir və ABŞ ilə birlikdə Qəzza zolağında bu ədalətsiz müharibəyə son qoymaq üçün səmimi səylərimizi davam etdirməyə mane olmayacaq", - Əl Tani bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
4
bakivaxti.az

7Mənbələr