Sentyabrın 14-də, saat 14:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd olunub ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
***
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, dölün kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar. Döl aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.