AZ

Premyer Liqa: “Şamaxı” “Karvan”ı 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Karvan”la münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçilərinin görüşünü Fərid Hacıyev idarə edib. Meydan sahibləri bu oyunda 3 xalı 3 cavabsız qolla əldə ediblər.

Qeyd edək ki, “Şamaxı” bu mövsüm ilk dəfə 3 xala sevinib.

Premyer Liqa
4-cü tur
14 sentyabr

“Şamaxı” – “Karvan” 3:0
Qollar: Alfons Msanqa, 38. Andrey Tırkovyanu, 45. Alfons Msanqa, 71.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 16:30.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

error: Məzmun qorunur!
Seçilən
3
16
arena.az

10Mənbələr