Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Kayserispor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Fənərbağça” doğma meydanda “Trabzonspor”u tək qolla yenib. “Qaziantep” isə “Kocaelispor”la ev oyununda inamlı qələbəyə sevinib.
Tura sentyabrın 15-də keçiriləcək “Rizəspor” – “Gənclərbirliyi” oyunu ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
5-ci tur
13 sentyabr
Eyüpspor – Qalatasaray 0:2
Qollar: İkardi, 73. Y.Akgün, 89.
Karagümrük – Kasımpaşa 0:1
Qol: M.Kadıoğlu, 31-öz qapısına.
Samsunspor – Antalyaspor 1:2
Qollar: Holse, 51 – S.Dikmen, 21. G.Dikiya, 46.
Beşiktaş – Başakşəhər 2:1
Qollar: E.B.Ture, 74. C.Ündər, 90+1 – E.Şomurodov, 71.
Konyaspor – Alanyaspor 1:2
Qollar: E.Bardi, 51 – U.Oqundu, 28. Maestro, 79.
14 sentyabr
Kayserispor – Göztəpə 1:1
Qollar: Kardoso, 60 – E.Bekiroğlu, 85.
Fənərbağça – Trabzonspor 1:0
Qol: En Nesiri, 45.
Qaziantep – Kocaelispor 2:0
Qollar: Kozlovski, 75. Y.Kabadayı, 79.
15 sentyabr
21:00. Rizəspor – Gənclərbirliyi