Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
“Mets” – “Anje” matçında qalib müəyyənləşməyib. Son çempion və lider PSJ “Lans” üzərində inamlı qələbəyə sevinibsə, “Lill” “Tuluza”nı, “Strasburq” “Havr”ı, “Renn” də Lion “Olimpik”ini məğlub yola salıb. “Brest”in qonağı olan “Paris” də səfərdən 3 xalla qayıdıb.
Beləliklə, 4 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – PSJ-nin 12 xalı var. “Lill” 10, “Monako”, Lion “Olimpik” və “Strasburq” 9, “Renn” 7 xal toplayıb.
Fransa, Liqa 1
4-cü tur
12 sentyabr
Olimpik (Marsel) – Loryan 4:0
Qollar: Qrinvud, 13-pen. Pavar, 20. A.Qomes, 33. Ager, 90+4.
13 sentyabr
Nitsa – Nant 1:0
Qol: Boqa, 56.
Oser – Monako 1:2
Qollar: Salisu, 73-öz qapısına – Minamino, 45+2. İlenixena, 89.
14 sentyabr
Lill – Tuluza 2:1
Qollar: Bentaleb, 90-pen. Mbappe, 90+8 – Maqri, 50.
Brest – Paris 1:2
Qollar: Del Kastilyo, 52-pen = Gebbels, 14. Marketti, 34.
Mets – Anje 1:1
Qollar: Qbamin, 14 – Abdelli, 90-pen.
PSJ – Lans 2:0
Qollar: Barkola, 15; 51.
Strasburq – Havr 1:0
Qol: Paniçelli, 90+1-pen.
Renn – Olimpik (Lion) 3:1
Qollar: Ruo, 80. Deşam, 90+3-öz qapısına. Meyte, 90+5.