AZ

Ozan Can Kökçü 28 dəqiqə oynadı, 3 qola üzüldü

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 5-ci turunda “Qou Ehed İqlz” ilə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyunda böyük hesabla məğlub olub – 0:3.

Ozan oyunun 62-ci dəqiqəsində meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Əvvəlki bütün oyunlarında heç-heçə ilə kifayətlənmiş “Volendam” 5 turdan sonra 4 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Ozan bu oyunların hamısında iştirak edib, 1 qol vurub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. Ozan həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Seçilən
20
11
arena.az

10Mənbələr