AZ

Anton Krivotsyuk “Jeonbuk”a qarşı oynamadı

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen” komandasının oyununda iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 29-ci turu çərçivəsində “Jeonbuk”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda məğlubiyyətlə üzləşib – 0:1. Sarı vərəqə limitini doldurduğ üçün cəzalı duruma düşmüş Antonun adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 29 oyuna topladığı 45 xalla 12 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb. Krivotsyukun komandası 29 oyuna 12 qələbə qazanıb, 9 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 21-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 82 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

error: Məzmun qorunur!
Seçilən
8
6
arena.az

10Mənbələr