AZ

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq. Gözlərimiz önündə yeni bir şər oxu yaranır: Çin, Hindistan, Şimali Koreya və Rusiya birləşiblər”.

Bizim.Media xəbər verir ki, bunu Trampın ruhani müşaviri Mark Berns Ukrayna mediasına verdiyi müsahibəsində bildirib.

“Əgər eskalasiya baş verərsə, Birləşmiş Ştatlar Avropa tərəfdaşları ilə birlikdə Amerika silahlı qüvvələrinin bütün gücündən istifadə etməyə məcbur qalacaq. Bu, bizim qaçmağa çalışdığımız ssenaridir. Amma zəmin artıq formalaşıb.

Və dua gücünə inananlarımız üçün hələ də ümid qalır ki, hər şey sülh müqaviləsi ilə bitəcək, müharibənin alovlandırılması ilə yox”, — deyə o vurğulayıb.

Bizim.Media

Seçilən
8
1
bizim.media

10Mənbələr