AZ

Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Samux şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb.

Xəsarət alanlarlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
7
apa.az

9Mənbələr