AZ

Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb » AzadMedia.az


 
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Samux şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb.

Xəsarət alanlarlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
4
7
azadmedia.az

9Mənbələr