AZ

İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR a təhvil verilə bilər

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

SOCAR İtaliyanın “Italiana Petroli” neft emalı şirkətini almağa yaxındır.

Marja xəbər verir ki, mənbələrin “Reuters”ə verdiyi məlumata görə, “Italiana Petroli” şirkətinin təsisçi Braketti-Peretti ailəsi İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən birinə nəzarəti Dövlət Neft Şirkəti (SOCAR)-a təhvil verəcək razılaşmanın imzalanmasına yaxındır.

Məlumata əsasən, SOCAR ilə sövdələşmənin gələn həftənin əvvəlində — bazar ertəsi imzalanacağı gözlənilir, lakin son dəqiqə dəyişiklikləri istisna edilmir.

Mənbələr müqavilənin maliyyə şərtlərini açıqlamayıb. Lakin daha əvvəl yayılan məlumatlara görə, Braketti-Peretti ailəsi şirkəti təxminən 2,5 milyard avro (təqribən 2,9 milyard dollar) dəyərində qiymətləndirir və şirkətin hazırda 500 milyon avro nağd vəsaiti var.

SOCAR-ı bu prosesdə İtaliyanın “Intesa Sanpaolo IMI CIB” investisiya bankı, “Italiana Petroli”nin sahiblərini isə “UniCredit” məsləhətçi qismində dəstəkləyir.

“Italiana Petroli”nin gündəlik 200 min barel emal gücünə malik neftayırma obyektləri, İtaliya ərazisində 4 500-dən çox yanacaqdoldurma məntəqəsi, həmçinin aviasiya yanacağı da daxil olmaqla iri anbar və nəqliyyat infrastrukturu mövcuddur.

Şirkət ötən il təxminən 500 milyon avro məbləğində tənzimlənmiş əsas mənfəət əldə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
marja.az

2Mənbələr