AZ

“Sonsuz Qardaşlıq-IV” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib – VİDEO

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Bakıda təşkil olunan “Sonsuz Qardaşlıq-IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin sentyabrın 15-də “Yüksək səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, tədbirdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər vəzifəli şəxsləri, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar və ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.

Əvvəlcə ərazinin maketi üzərində təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və icra olunma ardıcıllığı barədə məlumat verilib.

Sonra təlim poliqonunda digər qoşun növləri ilə qarşılıqlı əlaqədə xüsusi əməliyyat tapşırıqları icra olunub.

Təlimin yekununda iştirakçı ölkələrin bayraqları ilə paraşüt tullanışları həyata keçirilib.

Baş Qərargah rəisi təlimin gedişatını və hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib, iştirakçılara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Keçirilən təlimin dost və müttəfiq ölkələrin xüsusi təyinatlıları arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Baş Qərargah rəisi birgə təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.

Sonda iştirakçılar üçün təntənəli konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “Sonsuz Qardaşlıq-IV” təlimində Belarus, İtaliya və Macarıstan respublikalarının nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

f750e998f5c1006f7a213e1161ede4d3

993e8196c5f6df09e9380a4a1614c513

45a101e358956d310b9168458664bec1

ab869433ade800676496f380349eaa7f

53f176c97277a0f61f88e641614154ef

f3b5ba83cb71cdcc2f53b4d894c17e0c

fa1ca56fa24410851c9a891cd1f30cd3

4f170891230679aa1fb83155e024bc24

72c288a37a87444c736d6862ec0b3e81

753543c1788989091c55e26cda405326

Seçilən
22
15
poliqon.az

10Mənbələr