AZ

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyəxüsusi təyinatlılarının iştirakı ilə Bakıda təşkil olunan “Sonsuzqardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrtəliminin sentyabrın 15-də “Yüksək səviyyəli Müşahidəçi Günü”keçirilib.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, tədbirdə müdafiə nazirinin birinci müavini -Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev, nazirliyin digər vəzifəli şəxsləri, eləcə də iştirakçıölkələrdən olan yüksək səviyyəli qonaqlar və ölkəmizdə akkreditəolunmuş hərbi attaşelər iştirak ediblər.

Əvvəlcə ərazinin maketi üzərində təlimin ümumi gedişatı, qarşıdaduran tapşırıqların məqsədi və icra olunma ardıcıllığı barədəməlumat verilib.

Sonra təlim poliqonunda digər qoşun növləri ilə qarşılıqlıəlaqədə xüsusi əməliyyat tapşırıqları icra olunub.
Təlimin yekununda iştirakçı ölkələrin bayraqları ilə paraşüttullanışları həyata keçirilib.

Baş Qərargah rəisi təlimin gedişatını və hərbi qulluqçularındöyüş hazırlığını yüksək qiymətləndirib, iştirakçılara gələcəkxidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Keçirilən təlimin dost və müttəfiq ölkələrin xüsusitəyinatlıları arasında birgə xüsusi əməliyyatların keçirilməsisayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlıfəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcədə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhünqorunması üçün strateji əhəmiyyətə malik olduğu diqqətəçatdırılıb.

Baş Qərargah rəisi birgə təlimdə təmsil olunan ölkələrinnümayəndələrinə hədiyyələr təqdim edib.
Sonda iştirakçılar üçün təntənəli konsert proqramı təqdimolunub.

Qeyd edək ki, "Sonsuz qardaşlıq - IV" təlimində Belarus, İtaliyavə Macarıstan respublikalarının nümayəndə heyəti müşahidəçiqismində iştirak edib.

Məqalədə:
Seçilən
16
15
az.trend.az

10Mənbələr