AZ

Vəkil vətəndaşlıqdan çıxanda fəaliyyətinə xitam veriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdəvəkilin fəaliyyətinə xitam veriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkilin fəaliyyətinə xitam verilməsi barədəVəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətindəməhkəməyə şikayət verilə biləcək.

Mövcud qanunvericiliyə əsasən, vəkilin Vəkillər Kollegiyasınınüzvlüyündən xaric edilməsi və üzvlük haqqının 6 aydan artıqmüddətdə üzrsüz səbəbdən ödənilməməməsi hallarında vəkillərinfəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaricolunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasındahəyata keçirilə bilər.

Seçilən
24
2
az.trend.az

3Mənbələr