AZ

Vəkil vətəndaşlıqdan çıxanda fəaliyyətinə xitam veriləcək

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə vəkilin fəaliyyətinə xitam veriləcək.

Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətində məhkəməyə şikayət verilə biləcək.

Mövcud qanunvericiliyə əsasən, vəkilin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi və üzvlük haqqının 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməməsi hallarında vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
2
olaylar.az

3Mənbələr