AZ

Hüquqşünaslıq ixtisası üzrə peşə imtahanında iştirak edənlərdən 72 nəfər şəhadətnamə alıb - Sədr

Bakı. Trend:

Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanındaiştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdanyarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindənkvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrəşəhadətnamələrini əldə edib.

Trend xəbərverir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarəHeyətinin sədri Tural Əhmədov brifinqdə çıxışında deyib.

O bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləriəsasən Rusiya Federasiyası və Ukrayna ali təhsilmüəssisələrinin(ATM) payına düşür: “Belə ki, 6 oktyabr 2024-cü iltarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilənpeşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunankvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindənəldəolunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda RusiyaFederasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərininisə 94 faizi uğursuz nəticə əldə edib”.

Sədr hüquqşünaslıq üzrə peşə imtahanında uğursuz nəticə göstərənşəxslər kvalifikasiyalarını əldə etdikləri təhsil müəssisələriaçıqlayıb: “Əsasən Rusiya Federasiyası üzrə Dağıstan DövlətUniversiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, SaratovDövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquqvəİdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidentiyanında XalqTəsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti DövlətUniversiteti və Ümumrusiya Dövlət ƏdliyyəUniversitetindən, Ukraynaüzrə isə Xarkov Milli Daxili İşlərUniversiteti, RegionlararasıHeyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli HüquqUniversiteti, Milli Universitet “Odessa Hüquq Akademiyası” vəT.Şevçenkoadına Kiyev Milli Universitetindən əldə edib”.

“Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki,peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasə ATM-lərəhər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsilibitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə vəonlarınailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almağı tövsiyəedirik, - o əlavə edib.

Seçilən
57
3
az.trend.az

4Mənbələr