BAKI, TurkicWorld
Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.
TurkicWorld xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışında deyib.
O bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin(ATM) payına düşür: "Belə ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldəolunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib".
Sədr hüquqşünaslıq üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslər kvalifikasiyalarını əldə etdikləri təhsil müəssisələri açıqlayıb: "Əsasən Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquq vəİdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidentiyanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti və Ümumrusiya Dövlət ƏdliyyəUniversitetindən, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlərUniversiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli Hüquq Universiteti, Milli Universitet "Odessa Hüquq Akademiyası" və T.Şevçenkoadına Kiyev Milli Universitetindən əldə edib".
"Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasə ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.
Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə vəonların ailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almağı tövsiyə edirik, - o əlavə edib.