AZ

Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər

Zaqatala sakini bağında hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bazar kəndində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Tərlan Hacıməmməd oğlu Əliyev bağda naməlum şəxsin hücumuna məruz qalıb.

Hadisə zamanı T. Əliyevin bədənin müxtəlif nahiyələrinə xəsarət yetirilib.

T. Əliyev ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs saxlanılıb və hazırda ərazi üzrə polis orqanında araşdırmalar aparılır. (Lent.az)

Bizim.Media

Seçilən
21
1
bizim.media

3Mənbələr