AZ

Zaqatala sakini bağında döyülüb

Zaqatala

Zaqatala sakini bağında hücuma məruz qalıb.

Reyting.az
  lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bazar kəndində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Tərlan Hacıməmməd oğlu Əliyev bağda naməlum şəxsin hücumuna məruz qalıb.

Hadisə zamanı T. Əliyevin bədənin müxtəlif nahiyələrinə xəsarət yetirilib.

T. Əliyev ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
15
1
reyting.az

3Mənbələr