AZ

Müdafiə naziri: İsrailin şərtləri yerinə yetirilməsə, Qəzza məhv ediləcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın silahı yerə qoymayacağı və girovları azad buraxmayacağı təqdirdə, Qəzzanı məhv etməklə hədələyib.

APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Katz Qəzza şəhərinin HAMAS-ın simvolu olduğunu bildirib.

“Biz HAMAS-dan iki şey istəyirik: girovları azad etsin və silahı yerə qoysun. Biz Qəzzanı ələ keçirmək istəyirik. Çünki Qəzza HAMAS-ın simvoludur. Qəzza süqut etsə, HAMAS da süqut edəcək”,- Katz vurğulayıb.

O, HAMAS-ın keçmiş liderləri olan Yəhya və Məhəmməd Sinvar qardaşlarını misal gətirərək xəbərdarlıq edib ki, əgər HAMAS-ın yeni hərbi lideri İzzəddin Həddad da sələfləri ilə eyni yolu getsə, Qəzza məhvə sürüklənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
8
apa.az

9Mənbələr