İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın silahı yerə qoymayacağı və girovları azad buraxmayacağı təqdirdə, Qəzzanı məhv etməklə hədələyib.
Bakıvaxtı.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Katz Qəzza şəhərinin HAMAS-ın simvolu olduğunu bildirib.
“Biz HAMAS-dan iki şey istəyirik: girovları azad etsin və silahı yerə qoysun. Biz Qəzzanı ələ keçirmək istəyirik. Çünki Qəzza HAMAS-ın simvoludur. Qəzza süqut etsə, HAMAS da süqut edəcək”,- Katz vurğulayıb.
O, HAMAS-ın keçmiş liderləri olan Yəhya və Məhəmməd Sinvar qardaşlarını misal gətirərək xəbərdarlıq edib ki, əgər HAMAS-ın yeni hərbi lideri İzzəddin Həddad da sələfləri ilə eyni yolu getsə, Qəzza məhvə sürüklənəcək.