Belarus və Rusiyanın birgə “Qərb-2025” hərbi təlimləri yekunlaşmaq üzrədir. Təlimlərdə təxminən 30 min hərbçi iştirak edir və Avropada yeni hücum riski istisna edilmir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, 2021-ci il təlimlərindən sonra Moskva Ukraynaya genişmiqyaslı hücum etmişdi. Siyasi ekspert Peter Tide Putinin üç əsas planını belə şərh edir: Belarusda qoşunları saxlamaqla Qərbə təhdid yaratmaq, şimaldan Ukraynaya hücum etmək və ya Belarus sərhədindən diqqəti yayındıraraq başqa istiqamətdə sürpriz zərbə endirmək.
Ekspert NATO-nun hələ tam hazır olmadığını, sentyabrın 10-da Rusiya PUA-larının Polşaya daxil olduğunu bildirir. “Bild” analitiki Yulian Röpke isə təlimlərin “Suvalki dəhlizi”nin ələ keçirilməsi ssenarisini sınaqdan keçirdiyini düşünür.
Təlimlər 12 sentyabrda başlayıb, 16-da bitəcək.