AZ

30 min əsgərlə təlim: Rusiya və Belarus nəyə hazırlaşır?

Belarus və Rusiyanın birgə "Qərb-2025" hərbi təlimləri yekunlaşmaq üzrədir. Təlimlərdə təxminən 30 min hərbçi iştirak edir və Avropada yeni hücum riski istisna edilmir.

Milli.Az xəbər verir ki, 2021-ci il təlimlərindən sonra Moskva Ukraynaya genişmiqyaslı hücum etmişdi. Siyasi ekspert Peter Tide Putinin üç əsas planını belə şərh edir: Belarusda qoşunları saxlamaqla Qərbə təhdid yaratmaq, şimaldan Ukraynaya hücum etmək və ya Belarus sərhədindən diqqəti yayındıraraq başqa istiqamətdə sürpriz zərbə endirmək.

Ekspert NATO-nun hələ tam hazır olmadığını, sentyabrın 10-da Rusiya PUA-larının Polşaya daxil olduğunu bildirir. "Bild" analitiki Yulian Röpke isə təlimlərin "Suvalki dəhlizi"nin ələ keçirilməsi ssenarisini sınaqdan keçirdiyini düşünür.

Təlimlər 12 sentyabrda başlayıb, 16-da bitəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
3
olaylar.az

10Mənbələr