Musavat.com xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyi yeni bəyanat yayaraq bildirib ki, ölkənin Belarusla sərhəd-keçid məntəqələri “Qərb-2025” adlı Rusiya-Belarus hərbi təlimləri bitdikdən sonra da bağlı qalacaq.
Nazirlik vurğulayıb:
“Vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması bizim prioritetimizdir. Qeyd edirik ki, bu qərar Rusiya-Belarus təlimləri „Qərb-2025“ ilə bağlıdır, lakin bu, sərhədin yalnız həmin təlimlərin müddətində bağlı olacağı demək deyil”.
Musavat.com