AZ

Tahir Gözəl: Bu qələbəni Prezident İlham Əliyevə həsr edirik

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan İlham Əliyevə həsr edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olub.

Ağdam təmsilçisi Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Seçilən
16
8
azertag.az

10Mənbələr