AZ

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 dünya çempionatında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq. Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
15
bizim.media

10Mənbələr