AZ

Deputat: “Qarabağ” qələbələrimizi idman meydançalarında simvolizə edir

BAKI, 18 sentyabr. TELEQRAF

“Qarabağ” bu gün qələbələrimizi, uğurlarımızı idman meydançalarında simvolizə edir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, bu qələbənin mayasında iki əsas məsələ var: “Birincisi, 30 ilə yaxın müddətdə qan yaddaşımız olan Qarabağ adını dünyada “Qarabağ” klubu simvolizə edir. Tarixi qələbəmizi “Qarabağ” idman arenasında davam etdirir.

İkincisi, “Qarabağ” Avropa Liqasında kiçik – hardasa, 25 milyon avrodan bir az artıq büdcə ilə özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir. Burada yenə Azərbaycanı qələbə simvolizə edir. Komandada döyüşkən ruhun olması, 2:0 uduzduqdan sonra 3:2 hesabı ilə qalib gəlməsi sadəcə fantastikadır".

Seçilən
15
1
teleqraf.com

3Mənbələr