AZ

"Qarabağ" özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir"

"Qarabağ" bu gün qələbələrimizi, uğurlarımızı idman meydançalarında simvolizə edir".

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Kifayət qədər idman nailiyyətlərimiz var. İdman sahəmizin zəif olduğu tərəflər də var, amma ümumiyyətlə nəticələrimiz qənaətbəxşdir, yaxşıdır. Əsasən də bizə 2 gün öncə tarixi qələbəni yaşadan "Qarabağ" futbol klubunun fantastik qələbəsini ürəkdən təbrik edirik. Bu qələbənin mayasında iki əsas məsələ var.

Birincisi, 30 ilə yaxın müddətdə qan yaddaşımız olan "Qarabağ" adını dünyada "Qarabağ" simvolizə edir. Tarixi qələbəmizi "Qarabağ" idman arenasında davam etdirir İkincisi, "Qarabağ" Avropa Liqasında kiçik – hardasa, 25 milyon avrodan bir az artıq büdcə ilə özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir. Burada yenə Azərbaycanı qələbə simvolizə edir. Komandada döyüşkən ruhun olması, 2:0 uduzduqdan sonra 3:2 udması sadəcə fantastikadır", - deputat bildirib.

Seçilən
13
1
far.az

3Mənbələr