AZ

Qədim Ədilovun məhkəməsində prokuror etiraz ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasa Qədim Ədilovun vəkili Ramin Qocayev qatılmayıb.

Vəkilin iclasa növbəti dəfə gəlməməsi zərərçəkənlərin kəskin etirazına səbəb olub. Prokuror da zərərçəkənlərin mövqeyini haqlı sayaraq, vəkilin gələcəkdə proseslərə qatılmaması halında onun barəsində ölçü götürülməsini tələb edib.

Bundan başqa, Qədim Ədilovun məhkəmənin aparılması qaydası ilə bağlı hakimə dedikləri həm zərərçəkənlərin, həm də prokurorun etirazına səbəb olub. Zərərçəkənlər müttəhimin fikirlərinin göstəriş xarakterli olmasına kəskin reaksiya veriblər. Hakim, vəkilin prosesdə iştirak etməməsini əsas gətirərək iclası oktyabrın 9-a qədər təxirə salıb.

Qeyd edək ki, Qədim Ədilov təxminən 30 Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə 17 vətəndaş Baş Prokurorluğa müraciət edib və Ədilov tərəfindən aldadılaraq vəsaitlərinin mənimsənildiyini bildiriblər. Həmin cinayət işi araşdırıldığı bir vaxtda o, Gəncə sakini Nəsrulla Cəfərovun etibarından sui-istifadə edib. Ona məxsus milyonlarla dəyəri olan asfalt zavodunu guya satmaq adı ilə etibarnamə ilə öz adına keçirib, sonra isə zavodu Nəsrulla Nəzərovdan xəbərsiz 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Bundan əlavə, zərərçəkənin onminlərlə manat nağd pulunu da ələ keçirib.

2022-ci ildə isə Qədim Ədilov Anar Məmmədov və onun tərəfdaşlarının etibarından istifadə edib. Onlardan 612 min manat aldıqdıqdan sonra əvvəlcə Türkiyəyə, daha sonra Rusiyaya qaçıb. İnterpolun xətti ilə axtarışa verilən Ədilov 2024-cü ilin fevralında Rusiyanın Kaluqa vilayətində saxlanılıb. Onun həbsinə səbəb zərərçəkən Xaləddin Yusibovun Rusiya DİN-ə rəsmi müraciəti olub. Cəmi beş gün sonra Ədilov müəyyən edilərək həbs edilib və həmin ilin oktyabrında Azərbaycana təhvil verilib.

Seçilən
17
6
konkret.az

7Mənbələr