AZ

Kamçatkada güclü zəlzələ oldu, fövqəladə vəziyyət elan edildi - VİDEO

Kamçatkanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 kilometr şimal-şərqdə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib. 

Zəlzələdən sonra regionda fövqəladə vəziyyət elan edilib.

Seçilən
18
3
unikal.az

10Mənbələr