AZ

Bu gün iki güləşçimiz dünya çempoionatında döşək üzərinə çıxacaq

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulacaq. Sport24.az xəbər verirki, yunan-Roma güləşi üzrə yığmamızın üzvlərindən Nihat Məmmədli (60 kq) və Ülvi Qənizadənin (72 kq) ilk rəqibləri təsnifat mərhələsinin nəticələrindən sonra bəlli olacaq.

97 kqMurad Əhmədiyev ilk qarşılaşmada İtaliya idmançısı Nikoloz Kaxelaşvili ilə üz-üzə gələcək.

55 kqÖtən gün yarımfinalda məğlub olan Eldəniz Əzizli bu gün bürünc medal uğrunda həlledici görüş keçirəcək. Güləşçimiz Qırğızıstanlı Ulan Muratbek Uulu ilə moldovalı Artyom Delenau arasında baş tutacaq duelin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının aktivində artıq 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
sport24.az

8Mənbələr