AZ

Dünya çempionatı: Bu gün Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulacaq.

Yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) isə ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Seçilən
20
6
fanat.az

8Mənbələr