BAKI, 20 sentyabr. TELEQRAF
Son PUA insidentlərindən sonra Polşa və Rumıniya Türkiyənin Merops elektro-optik sistemindən istifadə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə DPA xəbər agentli məlumat yayıb.
Bildirilir ki, sistem üzrə təlimlərin tezliklə başlanması gözlənilir .
Agentlik qeyd edir ki, bu sistemin işlədilməsi üzrə təlimlərin Ukraynanın dəstəyi ilə təşkili planlaşdırılır. Bu istiqamətdə ilk addımların gələn həftənin əvvəlində atılacağı gözlənilir.
Sistem helikopterlərə quraşdırılır və bulud və ya toz olduqda belə düşmən hədəflərini aşkar etməyə qadirdir.
İlk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edildi.