AZ

NATO Türkiyənin dron müşahidə sistemindən istifadəyə başlayır  

Son PUA insidentlərindən sonra Polşa və Rumıniya Türkiyənin Merops (Multispektral Genişləndirilmiş Menzilli Optik Görmə) hava müşahidə sistemindən istifadəyə başlayır.

Musavat.com-un DPA xəbər agentliyinə istinadən məlumatına görə, sistem üzrə təlimlərin tezliklə başlanması gözlənilir.

Agentliyin məlumatına görə, son PUA insidentlərinə cavab olaraq, NATO tərəfdaşları Türkiyənin hava müşahidə sisteminin qısamüddətli yerləşdirilməsinə ümid edirlər. Agentlik qeyd edir ki, sistem üzrə təlimlər Ukraynanın dəstəyi ilə təşkil olunacaq. DPA-nın məlumatına görə, bu istiqamətdə ilk addımların gələn həftənin əvvəlində atılacağı gözlənilir.

Sistem helikopterlərə quraşdırıla bilər və buludlar və toz vasitəsilə düşmən sistemlərini aşkar etməyə qadirdir. İlk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edildi.

Musavat.com

Seçilən
42
17
musavat.com

10Mənbələr