Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Hamburq” doğma meydanda “Haydenhaym”a, “Leypsiq” “Köln”ə qalib gəlib.
“Auqsburq”un qonağı olan “Maynts”, eləcə də “Hoffenhaym”ın qonağı olan “Bayern” 4:1 hesablı darmadağına seviniblər. “Frayburq” da səfərdə “Verder”i 3 cavabsız qolla məğlub edib.
4-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
4-cü tur
19 sentyabr
Ştutqart – Sankt Pauli 2:0
Qollar: Demiroviç, 43. El Kannus, 50.
20 sentyabr
Auqsburq – Maynts 1:4
Qollar: Essende, 83 – Sano, 14. Köhr, 26. Nebel, 60. Sieb, 69.
Hamburq – Haydenhaym 2:1
Qollar: Vuskoviç, 42. Filippe, 59 – Kolle, 90+3.
Hoffenhaym – Bayern 1:4
Qollar: Çoufal, 82 – H.Keyn, 44; 48-pen; 77-pen. Qnabri, 90+9.
Verder – Frayburq 0:3
Qollar: Qrifo, 33-pen. Adamu, 54. Kulibali, 75-öz qapısına.
Leypsiq – Köln 3:1
Qollar: Uedraqao, 13. R.Kardozo, 44. Raum, 45+4 – Tielmann, 23.
21 sentyabr
17:30. Ayntraxt – Union Berlin
19:30. Bayer – Borussiya (Mönhenqladbax)
21:30. Borussiya (Dortmund) – Volfsburq