AZ

46 yaşlı kişini maşın vurub öldürdü

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən onu avtomobil vurub.

46 yaşlı S. Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
6
qafqazinfo.az

2Mənbələr