AZ

46 yaşlı kişini maşın vurub öldürdü

Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən onu avtomobil vurub.

46 yaşlı S. Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
30
6
news24.az

2Mənbələr