AZ

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə detallar üzərində işləyir

Bakı. Trend:

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə detallarüzərində işləyir

Bunu Trend-ə özəl müsahibəsində İranınAzərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Dəmirçilu bildirib ki, hazırda İran, Azərbaycan və Rusiyanınelektrik şəbəkəsinin sinxronlaşdırılması istiqamətində detallarüzərində işlənməkdədir. Üç ölkədə rəhbərlik səviyyəsində elektrikmübadiləsinə razılıq var.

Səfir deyib ki, İranın “Monenko” şirkəti bu elektrik mübadiləsiilə əlaqədar tədqiqat işlərini başa çatdırıb və öz hesabatlarınıhazırlayaraq tərəflərə təqdim edib. Bu hesabatlar əsasında elektrikşəbəkələrinin sinxronlaşdırılması imkanı var.

“Elektrik şəbəkələrinin sinxronlaşdırılması üç ölkənin elektrikşəbəkəsinin təhlükəsizliyini artıra və 3-cü tərəfə elektrikixracını imkanını yarada bilər”, - deyə o qeyd edib.

Dəmirçilu əlavə edib ki, may ayında İranın EnergetikaNazirliyinin yüksək səviyyəli heyəti bununla əlaqədar Bakıya səfəredib. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq yolları vəxüsusilə İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsininsinxronlaşdırılması haqqında danışıqlar aparıb.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr