AZ

“İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə detallar üzərində işləyirlər”

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə detallar üzərində işləyirlər

Bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Dəmirçilu bildirib ki, hazırda İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması istiqamətində detallar üzərində işlənməkdədir. Üç ölkədə rəhbərlik səviyyəsində elektrik mübadiləsinə razılıq var.

Səfir deyib ki, İranın “Monenko” şirkəti bu elektrik mübadiləsi ilə əlaqədar tədqiqat işlərini başa çatdırıb və öz hesabatlarını hazırlayaraq tərəflərə təqdim edib. Bu hesabatlar əsasında elektrik şəbəkələrinin sinxronlaşdırılması imkanı var.

“Elektrik şəbəkələrinin sinxronlaşdırılması üç ölkənin elektrik şəbəkəsinin təhlükəsizliyini artıra və 3-cü tərəfə elektrik ixracını imkanını yarada bilər”, – deyə o qeyd edib.

Dəmirçilu əlavə edib ki, may ayında İranın Energetika Nazirliyinin yüksək səviyyəli heyəti bununla əlaqədar Bakıya səfər edib. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq yolları və xüsusilə İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsinin sinxronlaşdırılması haqqında danışıqlar aparıb.

MənbəTREND
Seçilən
2
2
banker.az

3Mənbələr